Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Bakıda sürücüləri narahat edən problem - Bildiriş vaxtından əvvəl gəlir

Sürücülər avtomobillərini park etdikdən sonra SMS vasitəsilə ödəniş edirlər.
 
Bir saatın tamam olmasına az qalmış isə onlara parklama müddətinin ikinci saata keçməsi ilə bağlı bildiriş gəlir.
 
Sürücülərin sözlərinə görə, bildirişin vaxt tamam olmamış gəlməsi səbəbindən onlarda elə fikir yaranır ki, parklanma müddəti ikinci saata keçib.
 
Baku TV-nin əməkdaşı sürücüləri narahat edən məsələnin reallığı nə dərəcədə əks etdirdiyini aydınlaşdırıb.
 
Məlum olub ki, bildirişin vaxtından daha əvvəl göndərilməsi xəbərdarlıq xarakteri daşıyır və sürücülərdən ikinci saatın ödənişi tələb olunmur.

Tarix: 17 oktyabr 2024
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş