Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Ailədə hər şeyi kişi həll edirsə, xəyanət edə bilər -Qalmaqallı açıqlama


Əməkdar artist Gövhər Rzayeva "Qonaqcanlı" verilişində qalmaqallı açıqlama verib.

Gövhər Rzayeva aparıcı Aytəkin Mərdanovanın "Bildirmisiniz ki, kişinin xəyanət etməsi normaldır, buna görə ailəmi dağıtmaram. Xəyanəti bağışlamaq olarmı" sualına cavabda deyib:

"Bu haqda fikir bildirmişəm, bir çox insanlar mənimlə razılaşmayıb. Pul qazanan kişi ailəsini saxlayırsa, ailəsinə əziyyət vermirsə, qadının evdə heç nədən xəbəri yoxdursa, ailədə hər şeyi kişi həll edirsə, xəyanət edə bilər, hara getsə də evə gələcək. Biri də var, kişi yoxdur və özü də küçələrdədir. Qədimdən deyiblər ki, kişinin pulu evdə, özü bayırda olar. Mənim şəxsi fikrimdir. Buna görə mənimlə düşmən olmasınlar". \\Bakupost.az

Tarix: 16 oktyabr 2024
Baxış: 45

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş