Redaktor seçimi
    Cinayəti etiraf edən oğrular həbs edilmədi - MASALLI POLİSİ OĞRULARLA ƏLBİR OLDU
Xəbər lenti
Reklam
“Bakcell”dən Azərbaycanda növbəti İLK - VİDEO

“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib. Bu VoLTE (Voice over LTE) texnologiyasıdır. 
VoLTE smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir. 
Bu ən müasir səs texnologiyası “Bakcell” abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. VoLTE texnologiyası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir. 
“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksək keyfiyyətli LTE  şəbəkəsi sayəsində “Bakcell” abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.
Mobil telefonun VoLTE texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar.
Ətraflı məlumat volte.bakcell.com səhifəsində yerləşdirilib. 
2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
 
 
Tarix: 12 may 2022
Baxış: 746

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]