Ukraynanın bu addımı Belarusu hərəkətə keçirdi: Minsk üç taktiki istiqamətdə qoşun yerləşdirdi
Ukrayna silahlı qüvvələrinin sərhəddə yaratdığı 20 min nəfərlik qruplaşma Belarusun adekvat addımlar atmasını zəruri edir.
Minsk xüsusi əməliyyat qüvvələrinin bölmələrini üç taktiki istiqamətdə yerləşdirib.
Bu barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Belarus müdafiə nazirinin birinci müavini, general-mayor Viktor Quleviç məlumat verib:
“Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat İstiqamətində yaratdığı ümumi sayı 20 min nəfərə qədər olan qruplaşma bizdən adekvat cavab tədbirlərinin görülməsini tələb edir. Belarusun cənub istiqamətində təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi əməliyyat qüvvələrinin bölmələri üç taktiki istiqamətdə yerləşdirilib” – deyə Quleviç vurğulayıb.
Həmçinin, Belarus Müdafiə Nazirliyi Kobrin və Lida vilayətlərinin ərazi qoşunlarının formalaşdırıldığını elan edib. \\KONKRET.az
Tarix: 10 may 2022
Baxış: 130
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş