Çində vəziyyət gərginləşir - Xəstəliklə bağlı son rəqəmlər heyrətləndirdi
21 milyon insanın yaşadığı Pekində karantin tədbirləri gücləndirilib.
Çinin paytaxtı Pekində COVİD-19 yoluxmalarının artması səbəbilə karantin rejimi sərləşdirilib. Pekin hökuməti bildirib ki, Pekin vasitəsilə Çinə daxil olan sərnişinlər 10 günlük kütləvi karantinə və əlavə yeddi günlük ev karantininə məruz qalacaqlar. Digər tərəfdən, Pekinin COVİD-19-un ilk ortaya çıxdığı və ən intensiv olduğu Uhan şəhərinin vəziyyətinə düşməsi ehtimalı səlahiyyətliləri qorxudur.
Pekində yeni epidemiya dalğasında aprelin 22-dən bəri 555 yoluxma halı qeydə alınıb. Bildirilib ki, virus ilk yoluxmalar aşkarlanana qədər bir həftə ərzində yayılıb.
Çində bu həftə 4271 COVİD-19 xəstəsi sağaldığı halda, xəstəxanalarda müalicə olunan təsdiqlənmiş COVİD-19 xəstələrinin sayı 16266 olub.
Çinin ən böyük və izdihamlı şəhərlərindən biri olan Şanxay artan yoluxma sayından sonra "Yeni Wuhan" hesab olunur. 26 milyondan çox insanın yaşadığı şəhərdə ötən həftə 24 min 943 nəfərin COVİD-19 testi pozitiv çıxıb. \\AZXEBER.COM
Tarix: 07 may 2022
Baxış: 146
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş