İcbari tibbi sığorta hansı xəstələrə yardım etmir? – SİYAHI
Azərbaycanda yeni tətbiq olunan İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi böyükdür. Qeyd edək ki, vətəndaşlar bu xidmətlər haqqında yetərincə məlumatlı deyillər. Xidmətlər Zərfinə daxil olmayan, yəni, müalicəsi təmin olunmayan xəstəliklər də var.
Bəs, biz yeni strukturun fəaliyyəti haqqında nələri bilirik?
İcbari Tibbi Sığortanın rəsmi məlumatlarında bildirilir, müalicəsi təmin olunmayan xəstəliklər siyahısını təqdim edir:
1) Kosmetik prosedurlar
2) Plastik cərrahiyyə
3) Stomatoloji xidmət
4) Orqan transplantasiyası
5) Psixi və davranış pozuntularının müalicəsi
6) Süni mayalanma
7) Dövlət proqramı ilə təminata alınan xəstəliklərin (onkoloji xəstəliklər, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, talassemiya, hemofiliya, vərəm və s.) müalicəsi
8) Qazanılmış immun çatışmazlığı sindromunun müalicəsi (QİÇS)
Məlumat üçün bildirək ki, Xidmətlər Zərfində dərman təminatı var:
Stasionar müalicə təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri təminata daxildir. Ambulator müalicə üçün isə həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri təminata daxil deyil.
İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
Dövlət Tibb müəssisələrinin siyahısı:
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
Qeyd edək ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. \\ Bizim.media
Tarix: 07 may 2022
Baxış: 147
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş