Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
Azərbaycanda bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək

Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.
Bu barədə məsələ "Qida təhlükəsizliyi" haqqında yeni qanun layihəsində əksini tapıb.
Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:
- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;
- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;
- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.
Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib. \\Trend

Tarix: 07 may 2022
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş