Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Tanınmış aparıcı Əhməd Cavadın nəvəsinə: "Babanızı görmüsünüzmü?" - BİABIRÇILIQ - VİDEO

ARB telekanalının bugünkü efirində, “Xəbər-ətər” proqramında biabırçı anlar yaşanıb.
Milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb.
Verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətinə gətirib.

Aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı müsahibi təəccübləndirib.

Anar Axundzadə təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cavab verib.

Aparıcı bu dialoqun ardınca, “Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq” deyib.


Tarix: 05 may 2022
Baxış: 227

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş