Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
Sabiq prezident Zelenskini ittiham etdi – SƏBƏB

Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva Zelenskini günahlandırıb.
Gender.az-ın xarici mediaya istinadən məlumatına görə, Lula “Hərdən Ukrayna prezidenti Zelenskinin televiziyada çıxışına baxıram və avropalılar tərəfindən ayaq üstə alqışlandığını göürəm. Lakin Zelenski də bu müharibədə ən az Putin qədər məsuliyyət daşıyır. Çünki müharibədə tək bir cinayətkar yoxdur” deyib.
Keçmiş prezident Lula Rusiya prezidenti Vladimir Putinin “Ukraynaya təcavüz etməməli” olduğunu bəyan edib.
Rusiya-Ukrayna müharibəsində ABŞ, NATO və Avropa İttifaqının da günahkar olduğunu bildirib: 
“Rusiyanın Ukraynaya təcavüzünün səbəbi nə idi? NATO. O zaman ABŞ və Avropa “Ukrayna NATO-ya daxil olmayacaq” deməli idi. Bu, problemi həll edə bilərdi. Başqa bir məsələ Ukraynanın Aİ-yə daxil olması idi. Aİ “Xeyr, indi Ukraynanın Aİ-yə daxil olmasının vaxtı deyil, gözləyəcəyik” deməli idi və bununla da münaqişəyə təkan verməzdi”. //manset.az

Tarix: 05 may 2022
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş