Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
Etiraz dalğası Ermənistanı BÜRÜDÜ: "30-dan çox küçəni bağladıq, buna xalq qərar verir" - FOTO

Axşam saatlarından başlayaraq Ermənistanın müxalifət qüvvələrinin tərəfdarları baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın Fransa meydanında növbəti mitinqə toplaşıblar. 
Gender.az xəbər verir ki, etiraz aksiyası yerli informasiya portalları tərəfindən canlı yayımlanır.
"Aksiyalarımızın iştirakçılarının sayı artır. 30-dan çox küçəni bağlaya bildik. Hansı küçə və meydanların açılıb-bağlanacağına xalq qərar verir. Meydandan gələn zəngləri eşidəndən sonra bizə ölkənin digər bölgələrində də vətəndaşlar qoşuldu. Polis 250-dən çox adamı saxlayıb. Amma onların əksəriyyəti artıq bizimlədir", - müxalifətdən olan parlamentin vitse-spikeri İşxan Saqatelyan auditoriyaya bildirib.
Bundan əvvəl Ermənistan polisi qanuni tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə 220-dən çox adamın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldığını bildirib.
Bazar günü axşamdan etibarən müxalifət tərəfdarları zibil konteynerlərindən və küçə skamyalarından barrikadalar, həmçinin çadırlar qurduqları Fransa meydanını bağlayıblar. Bazar ertəsi səhər etirazçılar İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar. Çərşənbə axşamı aksiyalar İrəvanda və ölkənin digər bölgələrində də davam edib.



Publika.az
Tarix: 03 may 2022
Baxış: 137

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş