“Baş nazir Nikol Paşinyan Ermənistanı tərk etmək fikrində deyil və öz vəzifələrini yerinə yetirməyə davam edir”.
Gender.az “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin aparat rəhbərinin müavini Taron Çaxoyan "Facebook"da paylaşım edib.
O, qeyd edib ki, baş nazirin təyyarəsinin yaxın saatlarda uçmağa hazırlaşdığı barədə yalan xəbərlər yayılır.
“Təbii ki, bu cəfəngiyyatın təkzibə belə ehtiyacı yoxdur. Baş nazir Paşinyan xalqın səsi ilə ona həvalə edilmiş baş nazirin vəzifələrini yerinə yetirməkdə davam edir və yerinə yetirməkdə davam edəcək”, – Çaxoyan.
O, həmçinin bildirib ki, hazırda Ermənistanın baş nazirinə xidmət edən təyyarə texniki xidmət üçün xaricdədir.
Qeyd edək ki, bu gün Ermənistan mətbuatında Nikol Paşinyanın xaricə qaçmağa hazırlaşması barədə xəbər yayılıb. \\Redaktor