Xəbər lenti
Reklam
ABŞ-ın Aya göndərəcəyi azərbaycanlı kosmonavt kimdir? - Mirqədirovun biorqafiyası

ABŞ-da Aya göndəriləcək kosmonavt namizədlərindən birinin azərbaycanlı olduğu məlum olub.
O, 42 yaşlı Ələkbər Tərlan oğlu Mirqədirovdur. Ələkbərin Amerikada adı Allendir.

Ələkbər Mirqədirov Bakıda doğulub və 45 saylı tam orta məktəbi bitirib. 1991-ci ildə isə ailəsilə birlikdə Amerikaya köçüb. O, ABŞ-ın bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb.Mirqədirov San-Dieqo universitetini Aerodinamika üzrə bitirib. 10 ildir ki, ABŞ Kosmik Hərbi Qüvvələrində çalışır.

Ələkbər 2014-cü ildən həm Marsa, həm də Aya göndəriləcək kosmonavtlar siyasındadır. Həmvətənimiz  Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. O, 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.[

2014-cü ildə Ələkbər (Allen) və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb. Ümumi vəzifələrdən başqa, onun öz təcrübəsi də olub. O, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub.
Mirqədirovun sözlərinə görə, onun həyatına Yuri Qaqarinin həyat yolu böyük təsir edib. O, futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir.

Həmvətənmiz barədə vikipediya məlumatlarında qeyd olunur ki, onun sevimli yazılı əsərlərinə Lev Tolstoyun "Dirilmə", Daniel Defonun "Robinzon Kruzo", Aleksandr Puşkinin şeirlərinin tam külliyyatını və Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələr daxildir. \\APATV

Tarix: 15 aprel 2022
Baxış: 274

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş