Xəbər lenti
Reklam
İmişlidə qəribə olay - Cinsini və adını dəyişən kənd sakini kimdir?

Azərbaycanda daha bir kişi cinsini dəyişib. Hadisə İmişli rayonunda qeydə alınıb. 
Bununla bağlı foto əldə edilib.
Fotoda yer alan məlumatdan belə görünür ki, İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışın şəxsi imzası və möhürü ilə rayonun Məzrəli kənd sakini Qasımlı Rasim Vasif oğlu cinsini dəyişdiyi üçün adını dəyişdirib və Çinarə ilə əvəzləyib.
Məsələni dəqiqləşdirmək üçün İmişli regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinin rəisi Səfa Baxışla əlaqə yaratmağa çalışdıq.
Çoxsaylı zənglərimizə cavab verən olmadı. Ədliyyə Nazirliyindən isə sorğumuzun araşdırılacağı bildirilib. 
İmişli rayonu Məzrəli kənd bələdiyyə sədri Babək Kazımov isə Bizim.Media-ya açıqlamasında faktı qismən də olsa təsdiqləyib. O, iki gündür ki, belə bir hadisə haqqında xəbərdar olduğunu bildirib:
"Bəli, belə bir məlumatdan xəbərim var. Cinsini dəyişməsi ilə bağlı yanında iştirakçı olmamışam. Amma kənd sakinlərinin dilindən eşitmişəm ki, guya adını dəyişib Çinarə yazdırıb, hətta həkimdən sağlamlıq haqqında arayış alıb. Ailəsini deyil, atası Vasif kişini tanıyıram.
Dəmir-dümür yığıb, ailəsi-uşağını dolandırmaqla məşğuldur. Məlumatı yeni bilmişəm, amma dəqiq olduğunu deyə bilmərəm. Bəlkə səhv məlumat yayılıb, ya kiminsə-kimdənsə xoşu gəlmir deyə bilərəkdən yayıb. Əsas fakt insanın özüdür", - deyə Babək Kazımov məsələnin təfərrüatlarını öyrənəcəyini deyib.  

Məqaləyə dair fotomateriallar:



Mənbə: Bizim.media
Tarix: 31 yanvar 2022
Baxış: 297

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş