Redaktor seçimi
    Səmayə Həşimova Mahsun Kırmızıgüllə bir arada – Fotolar
Xəbər lenti
Reklam
Deputat: "Sosial şəbəkələr haqqında qanun formalaşdırılmalıdır"

"Cəmiyyətin idarə olunması üçün qanunlar formalaşdırılır, lakin bir sıra qaydalar isə ümumiyyətlə yazılmır. Bu, əsasən milli dəyərlərimizlə əlaqəlidir - böyüyə, kiçiyə hörmət, qadın olan yerdə özünü aparmaq mədəniyyəti kimi dəyərlərimizi hər zaman qoruyub saxlamalıyıq. Prezident İlham Əliyev də həmişə gənclərlə görüşlərində qeyd edib ki, bilikli və savadlı olmaq, elmi təbliğ etmək vacib məsələdir, amma biz unutmayaq ki, milli mənəvi dəyərlərimiz də hər zaman diqqətdə saxlanılmalıdır. Təbii ki, qanunların da cəmiyyətin idarə olunmasında, inkişafı və formalaşmasında böyük rolu var. Ona görə də qanunlar mütərəqqi olmalı və günün tələbi ilə ayaqlaşmalıdır". 

Gender.az  bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat bildirib ki, yeni çağırışlarda sosial şəbəkələrin də rolu var, çünki ora cəmiyyətin bir hissəsidir: "Vətəndaşlar orada fikirlərini ifadə edirlər. Biz deputatlar da sosial şəbəkələrdən faydalanır, seçicilərlə əlaqə qururuq, bir çox informasiyaları sosial mediadan alır və reaksiya veririk. Yəni, sosial şəbəkələr vacib platformadır. Cəmiyyət olan yerdə mənfi çalarların olması realdır. Qanunlara uymayan insanlar realda olduğu kimi, sosial şəbəkələrdə də var. İnsanlar rəngarəngdir. Düşünürəm ki, sosial şəbəkələr haqqında qanun formalaşmalıdır. Kiminsə kimisə təhqir etməyə ixtiyarı yoxdur. Ən sadə vətəndaşdan tutmuş ən yüksək vəzifəli şəxsə qədər... Tənqid isə başadüşüləndir. Cəmiyyətdə təndiq olmazsa, inkişaf da olmaz. Lakin bu, heç zaman təhqirə keçməməlidir. Bunu tənzimləmək üçün isə qanun yazılmalıdır. Qeyd etmək lazımdır ki, dünya ölkələrində də belə təcrübələr var. Fikrimcə, bu məsələlər gec, ya tez qanunla tənzimlənməlidir. Bu, günün tələbidir".
Tarix: 17 yanvar 2022
Baxış: 270

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş