Rusiya XİN: Avropada silahlara nəzarət sistemi tamamilə dağılıb
Avropada silahlara nəzarət sistemi ABŞ və Qərbin hərəkətləri nəticəsində tamamilə dağılıb. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya-NATO Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz çox səmimi, birbaşa olaraq, siyasi cəhətdən düzgün düsturlardan istifadə edərək, vəziyyətin daha da pisləşməsinin Avropanın təhlükəsizliyi üçün ən gözlənilməz və ən çətin nəticələrə səbəb ola biləcəyini qeyd etdik. Rusiya belə bir ssenari ilə razılaşmır", - deyə diplomat vurğulayıb.
O qeyd edib ki, Moskva və Şimali Atlantika Alyansının ümumiyyətlə birləşdirici müsbət gündəliyi yoxdur, NATO qarşısına Rusiyanı nəzarət altına almağı məqsəd qoyub: “Bunun üçün nəhəng resurslar ayrılıb. Gizlədilmir ki, alyansın əsas məqsədi budur və bu faktın özü ümumavropa təhlükəsizliyini başqa prinsiplər əsasında qurmaq cəhdlərinə dağıdıcı təsir göstərir”. \\Ordu.az
Tarix: 12 yanvar 2022
Baxış: 163
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş