Xəbər lenti
Reklam
Bir insan əli yüngül, ayağı ağır ola bilərmi?

Bu kimi düşüncələr, cəhalətdən və əsli olmayan iddialardan ibarətdir. İnsanlar, həqiqətləri və hadisələri doğru dəyərləndirmədiyi zaman bu kimi xürafələrə yönəlirlər. Belə ki, Quranda Musa əleyhissəlama qarşı çıxanlar da buna bənzər ifadələr işlətmişlər:
"Onlara xeyir gəldiyi zaman: "Bu bizim haqqımızdır!" - deyirdilər. Əgər onlara bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz." (Əraf, 7/131)
Bir başqa ayədə Saleh əleyhissəlam haqqında belə dedilər:
"Onlar dedilər ki: "Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq..." (Nəml, 27/47.)
Qısacası; Əli yüngül, əli ağır, ayağı yüngül ayağı ağır" insan yoxdur. Bu kimi sözlər, insanın özü ilə və ya özündən sonra gətirdiklərini bildirmək üçün işlədilən məcazi ifadələrdir.
Heç kim nə özünün nə də başqasının başına nə gələcəyini bilməz. Hər şey Allahın əlindədir. \\Milli.Az

Tarix: 11 yanvar 2022
Baxış: 130

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş