Xəbər lenti
Reklam
Azərbaycanlı kişidən rus xanıma sərfəli evlilik təklifi: "Evini pulsuz təmir edəcəm"

Rusiyanın Tümen şəhərinin qadın sakini Azərbaycandan olan miqrantla əvvəldən əldə edilmiş razılıq əsasında nikaha daxil olub.

Belə ki, 24 yaşlı azərbaycanlı Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə 32 yaşlı rusiyalı qadına evlənməyi təklif edib.

Kişi bunun müqabilində qadının evini ödənişsiz təmir edəcəyini, hətta ona maddi yardım göstərəcəyinə də söz verib.

Qadın da öz növbəsində bu təklifə isti yanaşıb.Lakin prokurorluq nikahı etibarsız hesab edib.

Kalinin rayon İnzibati Dairəsinin Prokurorluğu məhkəməyə müraciət edərək nikahın etibarsız sayılmasını tələb edib.

İş məhkəmədə araşdırılıb. Nəticədə məhkəmə hüquq-mühafizə orqanlarının iddiasını təmin edib.

Nikah etibarsız elan edilib və tezliklə nikah rəsmi qaydada ləğv ediləcək.

Tarix: 22 dekabr 2021
Baxış: 302

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş