Xəbər lenti
Reklam
Energetikası güclü olan insanın 7 ƏLAMƏTİ

Energetik güclü insan fiziki və ruhən sağlam, güclü, irəli gedən, ətrafını da arxasıyca aparan, daim müsbət enerjili və güclü auralı insanlardır.
Güclü energetikaya malik olmanı göstərən əsas əlamətləri təqdim edirik. Əgər bunlardan ən azı 4-ü sizdə varsa, sevinmək olar. Əgər ətrafınızda kimdəsə belə əlamətli insanlar varsa, onlara yaxın ola bilərsiz.
Enerjisi güclü insanları başqalarından fərqləndirən 7 amil:

- Aurası təmizdir, çakraları işləyir, bu adamlar nadir halda xəstələnir. Əgər bir insanın aurası dəlik-deşikdirsə, onun enerjisi axacaq. O tez yorulur, başı ağrıyır, əzgin olur, xəstələnir.
- İşlərində uğurludur. Energetik güclü insanların şansı çox olur. Onlar bəzən manesiz, zəhmətsiz işlərini uğurla başlayır. Onlarla işləyən insanlar da bu uğurdan pay alır

- Üzü aydın, biosahəsi pozitiv saçır. Onun yanında insan rahat olur, ruhlanır, iş görür, ideyalar gəlir, yaratmaq istəyir. Belə adama aşiq olurlar.

- Yüksək energetikalı insanların gündəlik, illik problemləri az olur, kiçik problemlərdən isə danışmır, həyatın pis olması barədə heç vaxt düşünmür.

- Energetikası təmiz insanlar liderdir. Hətta aşağı vəzifəli işdə olsa da, onunla hesablaşırlar. Kollektivin sevimlisi olur

- O, fiziki təsirlərə dözümlüdür, bədəni sağlamdır, qaməti yaxşıdır, başı yuxarıdır. Yorulmur. Amma həyat tərzi də normaldır.

- 7-ci əlamət – O, yenilik, dəyişikliklərə açıqdır. Eksperimentlərdən qorxmur, əhatəsini genişləndirir. Bu insanlar ünsiyyətə açıqdır.


Mənbə: Medicina.az

Tarix: 22 dekabr 2021
Baxış: 304

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş