Xəbər lenti
Reklam
KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULDU - Müdafiə Nazirliyi məlumat yaydı


Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.
Müdafiə Nazirliyindən Gender.az-a verilən xəbərə görə, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 09 dekabr 2021
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş