Xəbər lenti
Reklam
İrana böyük şok: Baş nazirlərin görüşündən sonra qərar verildi

Avstraliya hökuməti İran tərəfindən dəstəklənən Hizbullahı terror təşkilatları siyahısına daxil edib.
Mövzu ilə bağlı açıqlamanı Avstraliya daxili işlər naziri Karen Endryus verib.
Endryus hökumətin Hizbullahı terror təşkilatları siyahısına saldığını açıqlayıb və buna səbəb kimi təşkilatın Fələstində İslami Cihad və HƏMAS-a bağlı İzzəddin Əl-Qəssam Briqadalarına dəstək verməsini göstərib.
Avstraliya hökumətinin bu qərarının aylardır iqtisadi böhranla mübarizə aparan Livana yardıma təsir edə biləcəyi təxmin edilir.
Hizbullahla bağlı qərar İsrail Baş naziri Naftali Bennetin avstraliyalı həmkarı Skott Morristonu Hizbullahı terror təşkilatı elan etməyə çağırmasından sonra verilib.
Avstraliya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi hələ iyun ayında Hizbullahın terror təşkilatları siyahısına salınması ilə bağlı qanun layihəsini təqdim etmişdi. \\Kanal

Tarix: 24 noyabr 2021
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş