Xəbər lenti
Reklam
Polad Həşimovun anası və qazilər 34 nömrəli məktəbdə - FOTOLAR
Bu gün Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Gender.Az bildirir ki, Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və bacısı Kəmalə Həşimova, məktəbin adını daşıdığı şəhid Bəhruz Sultanovun ailə üzvləri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Şahin Quliyev, Vətən Müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli qazi Elnur Ağayev, “Aprel döyüşləri”ndə və Vətən Müharibəsndə Kəşfiyyat İdarə rəisi olaraq iştirak edən “Azərbaycan Bayrağı” ordenli polkovnik Etibar Camalov, Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.
Mərasimdə şagirdlər Zəfər bayramına aid maraqlı səhnəciklər göstərib, şeirlər səsləndirib, rəqs ediblər. 
Tədbirin sonunda 34 nömrəli tam orta məktəbin direktoru, “Aprel döyüşləri”nin şəhid polkovniki Sənan Axundovun xanımı Nəcibə Axundova iştirakçılara təşəkkür edib.


Tarix: 08 noyabr 2024
Baxış: 49

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş