Emin Əmrullayev: Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük
2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.
Gender.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbəqədər təhsilin keyfiyyətində əsaslı şəkildə artım müşahidə olunur:
"Məktəbəqədər təhsilin nəticəsini iki ilə görə bilmərik. Bunun nəticəsini 13 ildən sonra, yəni şagird doqquzuncu sinfi bitirəndə görmək olar. 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük".
Nazir qeyd edib ki, bir çox ixtisasların içində ətraf mühit təhsili ilə bağlı materiallar olmalıdır:
"İqlimlə bağlı ixtisasların içində olmalıdır. Bununla bağlı işlərimiz davam edəcək. Həm ətraf mühit təhsili, həm də bununla bağlı yaşıl peşələr nəzərdə tutulur”.
Tarix: 12 noyabr 2024
Baxış: 39
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş