Xəbər lenti
Reklam
Kondisionerin altında yatmaq üz iflicinə səbəb ola bilər - EHTİYATLI OLUN!
Mütəxəssislərin məlumatına görə kondisionerlər üz iflici ilə nəticələnə bilir. Kondinsiner olan otaqda pəncərələrin olması vacibdir. Arada fasilə verərək, tez-tez otağın ventilyasiyasını təmin etmək olar.
Kondisionerdən gələn təhlükə barədə maraqlı məlumatları təqdim edirik.

Kondisionerdə soyuq temperaturun 22-23 dərəcə olması yetərlidir. Kondisionerlər əzələ tutulmasına səbəb olur. Ona görə də soyuqluq dərəcəsi 22-23 olmalıdır.

Daha soyuq olarsa bu əzəllərininizn sərtləşməsinə təkan verəcək. Əgər isti səbəbindən tərləyib, daha sonra buz kimi otağa getsəniz sağlamlıq baxımından risk daşıyır.


Kondisioneri quraşdırarkən mümkünsə tavan istiqamətində yerləşdirin. Bu zaman soyuq hava axınının birbaşa təsirinin qarşısını almış olacaqsınız. Kondisionerli mühitdə çalışanlar hər saatın əvvəlində mütləq fasilə verməlidir. Asan ofis məşqlərini icra etməli, gün ərzində qısa müddətli yuxuya getmək faydalı hesab olunur. Həmçinin çiyinə şal atmaq sizi müəyyən mənada qorumuş olacaq.

 

Avtomobillərdə istifadə edilən Kondisioner üz iflicinə səbəb ola bilər Yay aylarında məcburi şəkildə avtomobillərdə kondisionerdən istifadə edirik. Xüsusi ilə uzun yol qət edəcək olan sürücülər bu addıma vadar olur. Həddindən çox soyuğa quraşdırılan hava axını boyun, bel və kürək ağrısına gətirib çıxardır. Bundan başqa üz ətrafı soyuq havaya məruz qaldıqda üz iflici ilə nəticələnir.


 
Üzdə ağrı olursa diqqət!

Üz iflici bir neçə əlamətlərlə biruzə verir.

• Üzdə ağrı
• Baş ağrısı

• Baş gicəllənməsi
• Qulaq ağrısı
• Qulaq cingildəməsi
• Danışmaqda çətinlik çəkmək
Bu simptomlar hiss edildiyi andan etibarən vəziyyət ciddiyə alınmalıdır. Mütləq həkimə müraciət edin.\\Medicina.az
 
Tarix: 17 iyun 2019
Baxış: 375

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş