Xəbər lenti
Reklam
Ölkə əhalisi pullarını ən çox nəyə xərcləyib?

Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkələrində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.
2021-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ümumilikdə, qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq məhsul satılıb. \\Publika

Tarix: 29 aprel 2021
Baxış: 321

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş