Xəbər lenti
Reklam
Xarici ticarət fəaliyyəti ilə bağlı QAYDALAR DƏYİŞDİ
 
Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər
Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş qaydaya dəyişiklik edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.
Bundan əvvəl bu tələb 30 gün sonra olaraq müəyyən olunub.
Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər. \\Sputnik Azərbaycan
Tarix: 21 may 2019
Baxış: 391

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş