Xəbər lenti
Reklam
Unudulmaqda olan meyvə sortları bərpa edilir - VİDEO
Ölkəmizdə əvvəllər geniş yayılmış, lakin hazırda unudulmaqda olan meyvə növlərinin bərpası planlaşdırılır. Artıq bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri birgə işlərə başlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Rəhim İbrahimov bildirib ki, hazırda daha çox ehtiyac duyulan meyvə sortlarının bərpası üçün məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, köhnə meyvə sortlarının yenidən bərpa edilməsi və artırılması nəzərdə tutlub.
Rəhim İbrahimovun sözlərinə görə, yeni meyvə sortlarının yetişidirlməsi üçün ərazilər artıq müəyyənləşdirilib.
Qeyd edək ki, sözügedən unudulmuş meyvələr öz dadı və insan səhhətinə xeyirləri ilə seçilir. Bu səbəbdən həmin meyvələrə böyük tələbatın olacağı bildirilir.\\Xezerxeber.az










Tarix: 04 mart 2019
Baxış: 476

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş