Xəbər lenti
Reklam
Yol polisindən cərimə olunan məmurla bağlı AÇIQLAMA
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bəzi kütləvi informasiya vasitələrində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Vüsal Kərimlinin "BMW" model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bölmə rəisi kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edib ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.\\Report
 
Tarix: 13 may 2019
Baxış: 442

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş