Azərbaycanda mənzillər 10 % bahalaşıb
2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9 % artıb.
Gender.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3 %, təkrar mənzil bazarında isə 9,8 % olub.
Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3 % yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8 %, təkrar mənzil bazarında isə 3,3 % təşkil edib.
Mənzil bazarındakı qiymət artımı sektorun dinamik inkişafını və tələbatın artdığını göstərir.
Tarix: 18 yanvar 2025
Baxış: 29
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş