Redaktor seçimi
    Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırdı
Xəbər lenti
Reklam
Təbiət hadisələrində sürücüyə dəyən ziyanı kim ödəməlidir? – AÇIQLAMA

Bir neçə gün öncə Bakya yağan intensiv yağışlar nəticəsində ziyana uğrayan şəxslərdən biri də sürücülər oldu. Paytaxtın bir sıra yollarının su altında qalması avtomobillərin də su altında qalmasına, hətta batmasına səbəb oldu.
Bəs görəsən, bu cür təbiət hadisələri zamanı avtomobilə dəyən ziyanı kim ödəməlidir? Sürücüyə bu və ya digər formada dəstək göstərilməlidirmi?


Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakues.az-a açıqlamasında bildirib ki, bu kimi hallarda fiziki şəxslərə avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) ilə məsələni həll etmək olar.
“İcbari sığorta üçüncü şəxs ilə öhdəliyi yerinə yetirir. Əgər sığorta olunan şəxs digər şəxsə ziyan vurarsa, o ziyanın qarşılığını ödəyir. Yəni, icbari sığortadan nəsə gözləməyə dəyməz. Zərər dəymiş avtomobillərin sahibləri zərərin ödənilməsi üçün yol təsərrüfatına cavabdeh qurumlara qarşı məhkəmədə mülki iddia qaldıra və dəymiş zərəri tələb edə bilərlər”, – deyə ekspert qeyd edib.


Bakıda baş verən hadisənin bir fəlakət olduğunu vurğulayan nəqliyyat eksperti Şahin Göyləroğlu Bakues.az-a açıqlamasında bildirib ki, intensiv yağışlar kiminsə sifarişi və ya səhlənkarlığı ucbatından yağmayıb. Əgər avtomobilə zərər dəyibsə, dəyən zərər sığorta şirkətləri tərəfindən ödənilməlidir.
Onun sözlərinə görə, bütün hallarda ölkəmizdə dəymiş zərər yenə də vətəndaşın üzərində qalır:
“Deyə bilərik ki, Azərbaycana xarici ölkələrdən dənizdə, seldə batmış avtomobillər gətirilir. Bu, o halda baş verir ki, təbii fəlakət zamanı avtomobillər yararsız hala düşür. Sığorta o ölkədəki vətəndaşın pulunu ödəyir və əldə olunan yararsız avtomobilləri minimum dəyər ilə müxtəlif auksionlarda satışa çıxarır. Bizim kimi ölkələrdə bu avtomobillər yenidən bərpa edilir və yaxud da ehtiyat hissəsi məqsədi ilə istifadə edilir”.

Günel Qurbanova

Tarix: 23 oktyabr 2024
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş