Redaktor seçimi
    Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırdı
Xəbər lenti
Reklam
Məktəblilərin qazilərlə görüşü keçirilib: Veteran qazi döyüşçülər qəhrəmanlıqlarından danışdılar – VİDEO

Məktəblilər arasında Vətən Müharibəsi qazilərinin tanıdılması ilə bağlı tədbir keçirilib.
Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyada keçirilən görüşdə Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı və Millət Qəhrəmanı Arif Məhərrəmov, DİN XTD-nin veteran döyüşçüləri Tahir Rəhimov və Nadir Zeynalov iştirak edib.
Tədbirdə çıxış edən Arif Məhərrəmov şagirdlərin vətənpərvərlik ruhunda böyümələri üçün həyata keçirilən tədbirlərdən danışıb. İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şagirdlərin vətənpərvər böyüməsinin vacibliyini qeyd edən Arif Məhərrəmov Vətən Müharibəsi qaziləri ilə əyani görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb.
DİN XTD-nin veteran döyüşçüləri Tahir Rəhimov çıxşında şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib.
Tədbirdə çıxış edən Nadir Zeynalov Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdığını bildirib. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir.
Daha sonra çıxış edən məktəb rəhbərliyi qeyd edib ki, bu cür tədbirləri keçirməklə torpaqlarımızı işğaldan azad edən qəhrəmanları gənc nəslə tanıtmaqdır. Qeyd edilib ki, Vətən müharibəsi qəhrəmanları ilə orta məktəb şagirdlərinin görüşünü təşkil etməklə həm zəfər tariximizi orta ümumtəhsil müəssisələrində təbliğ etmək, həm də şəhid olan Vətən Müharibəsi Qəhrəmanlarının döyüş yolu barədə gənc nəsli məlumatlandırmağı nəzərdə tuturuq.
Daha sonra qazilər məktəblilərin suallarını cavablandırıb.


 

 

 

 

 

 





Tarix: 23 oktyabr 2024
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş