Xəbər lenti
Reklam
Qəhrəman Qazimiz Arif Məhərrəmovun həyat hekayəsi: Onun döyüş hekayəti (FOTOLAR)
Dəyərli izləyicilərim, sosial şəbəkədə “uşaq ikən kim hansı peşənin sahibi olmaq istəyirdi?” sualına xatirələr məni məktəb illərinə apardı…
Bakı şəhəri, Xətai rayonunda 63 nömrəli məktəbin 5-ci sinifində oxuyurdum. 1941-1945-ci illərin müharibə iştirakçıları ilə görüşərkən, hamıdan soruşanda mənə növbə çatan zaman “əsgər olacam” deməyimə hamı gülüşdü. Mənə dedilərki əsgər olmaq peşə deyil borcdur.
Bu dəfə dedimki “Vətəni qorumaq ən yaxşı peşədir. Vətəni borc olaraq yox, Vətəni sevərək qoruyan əsgər olmaq istərdim”. Borcda məcburiyyət var, ancaq sevgidə məcburiyyət yoxdur. Amma, sevərək qorumağımda borc deyil, istək olacaq. Bu dəfə ətrafdakılardan daha çox gülən adam da pərt olduğundan ağladım. Hətta, müəllimlərdən kimsə dedi ki, bu uşağın çatışmamazlığı var. Özü də müəllim oğludur. Lağ edərək deməklerindən hətta hirsimdən qaçmaq istəyirdim. Amma, müharibə iştirakçılarından bir nəfər mənə yaxınlaşaraq, əlləri ilə göz yaşlarımı silərək məni bağrına basıb adımı soruşdu, Dedim Arif.
Dedi k,i adının mənasını bilirsənmi? Dedim düşünən. Müəllimlərdən kimsə dediki düz deyir düşünür, amma gic-gic şeyler düşünür. Dərhal məni sakitleşdirən müharibə iştiraçısı ətrafdan soruşdu – “Axı nƏ düşünür?” Sinif yoldaşlarım və müllimlər gülə-gülə dedilər ki, “Arif düşünürki biz bu həyata niye geldik? Əvvəlimiz nə olub, axırımız nə olacaq? Biz ne edək ki dünyamız daha yaxşı olsun? Biz necə edək ki, pislərimiz olmasın, amma yaxşılarımız çox olsun? Nə etməliyik ki, Azərbaycanı bütün dünya tanısın?” və s. Gic-gic şeylər. Hətta, müəllimlərin təkidi ilə axmaq ləqəb qoymuşdular. Yəni gic-gic şeylər danışmağı ilə ağlı çatmayan…Məni müdafiə edən müharibə iştirakçısı şagirdlərin və müellimlərin üstünə qışqırdı. Bu uşaq sizlərə bənzəmədiyindən onu başa düşə bilmirsiniz. Vaxt gələcək seçildiyini və fərqli olduğunu bildirəcək deyərək qulağıma pıcçıltı ilə dedi ki, hər zaman özün ol və özünün dəyərli şəxsiyyət olduğunu əməlinlə isbat et…
Məni xoşagəlməz ləqəblə çağırmayan sinif yoldaşlarımdan Qəzənfər və Mahmudla dostluq etdim. Uşaq vaxtı heç kəsə sataşmırdım. Qaynıyıb qarışmadığıma görə məni xoşlamadıqlarından mənim üstümə gələndə məni qoruyan dost-qardaşım xalamoğlu Azər Məmmədov olub. İllƏr keçdi…Məni uşaq ikən dərk edərək qoruyan müharibə iştirakçısını axtarırdım. 20 il öncə Çeçenistandan yeni qayıtdığım ərəfədə tədbirlərin birində mən həmin axtardığım müharibə iştirakçısını tapdım. Amma, o şəxsə dərhal tanışlıq vermək istəmədim və çox vacib söhbətin olacağını bildirməklə biz vaxt təyin etdik və Sahil bağında (keçmiş 26 bağı ) görüşdük. Skamyada oturaraq dedim “diqqətlə mənə baxaraq nəyisə xatırlaya bilərsinizmi?” Diqqətlə mənə baxıb dedi ki, yaddaşsızlığım olsa da sənin gözlərin məktəblərin birində keçirdiyim görüşdə qarşılaşdığım və sonradan axtardığım (Kambinat məhləsindən Əhmədliyə köçdüyümüzə görə tapa bilməyib) qeyri-adi bir uşağın gözlərini xatırlatdı. Mən özümü saxlaya bilməyib ağlayanda dedi ki, aglayarkən dodaqlarını büzən həmin uşaq (Elə indidə xatirələrimi yaralı əsən əllərimlə göz yaşlarımla yazıram) deyərkən hər ikimiz ağlayaraq bir-birimizə sarıldıq. Sonra soruşdu ki, sən uşaq vaxtı seçdiyin əsgər peşəsinin arxasıncamı getdin? Dedim bəli və uşaq vaxtı onunla olan görüşdən sonra başıma nələr geldiyini danışdım. 6-cı sinifdə 1977-ci ildə oxuyarken, babam Məhəmmədin müstəqilliyimiz və milli bayrağımız barədə mənə sovet Azərbaycandan yox, müstəqil Azərbaycandan danışın deməyimə və Milli Müstəqil Dövlət bayrağından danışarken sabahısı gün polis çağıraraq, meni möhkəm döysə də babamı və atamı satmadığımdan nələr yaşadığımdan, rus qonşumuz Valodya atam Vəli müəllimin üzünə duraraq, guya millətçilik ədavəti qızışdırdığına görə həbs olunmasından (öncə Məryam xalam – Müslüm əminin köməyi ilə qohumlarımız Həbib Həsənov ve Zərifə Əliyevanın xalasıqızı Sidiqə Həsənovların səbəbli köməyi ilə öncə Zərifə Əliyeva ve sonra Heydər Əliyev bizdən xəbər tutmaqla xilas etdiler), sonra 20 yanvar 1990-cı ildə milli bayrağımızı qoruyarkən, yaralanmağımdan və yaralanandan sonra rus imperiya rəhbərliyinin tapşırığı ilə həbs olunaraq, işgəncələrə məruz qalmağım olsa da mərdliklə dözərək Vətənə – Xalqa qarşı xain olmamağımdan, Xalqın tələbi və dahi Şəxsiyyət Heydər Əliyevin köməkliyi ile azadlığa çıxmağımdan sonra Vətənin qorunmasında könüllü özünü müdafiə dəstəsində olaraq döyüşlərdə iştirak edərkən Xocalı faciəsi zamanı yaralanmağımdan, Milli Qəhrəman təqdimatından Xocalıda əsir düşən ana-bacılarımıza görə qəbul etmədiyimdən, qardaşım Akif Məhərrəmovun qəhrəmancasına Şəhid olmasından, daha sonra Çeçenistanda olarkən təsisçi və təmsilçi olduğum “Qafqaz Evi” beynəlxalq təşkilatın açılışı zamanı Qafqaz xalqlarına düşmən olan imperiya rəhbərliyinin Xüsusi Təhlükəsizlik Orqanın tapşırığı əsasında biz rəhbərlərə qarşı terror aktı təşkil edildiyi zaman ağır yaralanmağıma baxmayaraq, digər yaralı olan çeçen generalını xilas etməyimdən, dövlətimin çox çetin və böyük məsuliyyət tələb edən mühüm tapşırığı Çeçen rəhbərliyinin köməyi sayəsində necə yerine yetirməyimdən, Çeçenistandan ölkəmə İlk “Fəxri Vətəndaş” və Çeçenistanın “Millət Qəhrəmanı” fəxri adlarla xalqımın başını uca etməklə Vətənə şərəflə dönməyimdən, türk dünyasının qorunması yönümündə apardığım mübarizədən, hər iki əllərimin və hər iki ayaqlarımın yaralı olduğundan, belimdən və başımdan aldığım yara nəticəsində başımın içərisində olan iki ədəd mərmi qəlpəsi ilə yaşadığım yara ağrılarımın mövcudluğundan və dəfələrlə nece yaralandığımdan gözlərim dolmuş vəziyyetdə danışdıqca heyretlenerek onunda gözlerini dolmuş vəziyytini gördüyüm ücün mən dayanmaq istəyəndə deyirdi ki, qətiyyən dayanma danış, dünyanın işini bilmək olmaz demesini hansı menada demesini anladım. Sanki meni axırıncı defe dinleyirdi. Danışdığım şəxs uzun iller axtarıb tapdığım “Sosialist Əməyi Qəhrəmanı” Ömər Ağayev idi. Hamısıah rəhmət elsin. Biz qərara gəlmişdik ki, ali və orta məktəblərdə birgə bir neçə görüş keçirək. Təəsüf ki, ömür, vəfa etmədi…
Arif Məhərrəmov – Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı, Çeçenistanın Millət Qəhrəmanı
 
                                
 
 
 

Tarix: 26 iyul 2024
Baxış: 159

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş