Xəbər lenti
Reklam
Kondisionerlər bu xəstəliyi yayır - Həkimdən XƏBƏRDARLIQ

"Kondisionerdən gələn soyuq hava özlüyündə xəstəliyə səbəb olmur, lakin bəzi hallarda xəstəliyə səbəb ola bilər".
Gender.Az lenta.ru-ya istinadən xəbər verir ki, terapevt və kardioloq Natalya Koryagina "Instagram" səhifəsində bəzi hallarda kondisionerlərin təhlükələri barədə xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, qapalı, havalandırılmayan otaqda kondisionerlər virus yayır və havanı qurudur. Otaqda aşağı rütubət varsa və kondisioner işlək vəziyyətdə olan zaman şəxsin selikli qişaları quruyur və bu, onu viruslara qarşı həssas edir.
Koryagina əlavə edib ki, kondisionerlərdə filtrləri nadir hallarda dəyişdirsəniz, onlarda göbələklər və bakteriyalar çoxalacaq. Həkim qeyd edib ki, onlar müxtəlif infeksiyaların mənbəyinə çevrilə bilərlər.

Tarix: 25 iyul 2024
Baxış: 46

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş