Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Aksiz dərəcəsi artdı: Siqaret yenidən bahalaşacaq

Azərbaycana gətirilən tütün məhsulları və bəzi alkaqollu içkilər üçün aksiz dərəcəsi artırılıb. Bununla bağlı Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.

Aksiz dərəcələrinin artması bu məhsulların qiymətinə necə təsir edəcək? 

Hurriyyet.Az bildirir k, Qaynarinfo məsələni iqtisadçılarla müzakirə edib. 

Deputat Rüfət Quliyev bildirib ki, aksiz dərəcələrinin artması tütün məhsulları və bəzi alkoqollu içkilərin bazar qiymətinə təsir edəcək:


"Lakin bu məhsulların qiymətində artım cüzi olacaq".

İqtisadçı ekspert Natiq Cəfərli isə istəlinən vergi növündə baş verən artımın son olaraq məhsulun qiymətinə təsir göstərdiyini vurğualyıb:


"Son illərdə Azərbaycanda ard-ardına həm siqaret, həm də spirtli içki məhsullarında aksiz vergiləri artırılır. Bu sosial məsələ olmadığına görə, yəni vətəndaşlara ciddi təsiri olmadığından hökumət çox rahatlıqla bu addım atır. Ona görə rahatlıqla bu artıma gedirlər. Bu da qiymətlərin artımına təsir göstərir. Amma burada bir məsələ var, əgər qonşu ölkələrə nisbətən siqaret məmulatlarının, spirtli içkilərin qiymətində daha kəskin artım olacaqsa, bu, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən və aksiz markası olmayan içkilərin qiymətinin artmasına səbəb olacaq". 

Bahar Rüstəmli

Tarix: 24 iyul 2024
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş