Xəbər lenti
Reklam
Azərbaycanda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub.
Gender.Az axar.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan 10 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Təcili Tibbi Yardım avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Tarix: 22 iyul 2024
Baxış: 49

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş