Xəbər lenti
Reklam
Xərçəngin bir çox növlərinin inkişafı üçün əsas risk faktoru müəyyən edilib

Təkcə İngiltərədə hər gün siqaret çəkmə səbəbindən inkişaf edən 160 yeni xərçəng hadisəsi (yəni ildə 58 mindən çox) qeydə alınır.
Bu barədə “The Sun” Xərçəng Araşdırmaları Xeyriyyə Təşkilatına istinadən məlumat yayıb.
Bildirilir ki, epidemioloq Caris Bettsin sözlərinə görə, siqaret çəkmək 16 növ xərçəngin, o cümlədən ağciyər, döş, bağırsaq, boğaz, böyrək və qaraciyər xərçənginin inkişafına səbəb ola bilər:
“Tütün yanması zamanı udulan kimyəvi maddələr və qatranlar hüceyrələrin DNT-sini zədələyir və bu da şişlərin böyüməsinə səbəb olur. Siqaretin yaratdığı xərçənglərin 50 faizi ağciyər xərçəngidir. Bu ölümcül xəstəliyin inkişafının qarşısını almağın yeganə yolu siqareti tərgitmək ola bilər”. \\Yeniavaz.com 
Tarix: 10 iyul 2024
Baxış: 137

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş