Xəbər lenti
Reklam
"Ailə institutumuz dağılıb, dəyərlər silinib"

"Ailədə düşüncə, təfəkkür azadlığı önəmlidir. Azadlıq o demək deyil ki, sən ən qısa paltarı geyinməlisən. Onu da geyinə bilərsən. Mənim qızım ürəyi istədiyini geyinir, mən qarışmıram. Amma öz çərçivəsini bilir. Övlada həddi və sərhədi öyrətmək lazımdır. Qadağalarla olmur".
 Bu sözləri Aparıcı Rövşanə Ağasəfqızı “Nigar xanım” proqramında deyib. O, Azərbaycanda ailə dəyərlərinin silindiyini bildirib:
"Bütün dünyada cinayət qadağandır. Bununla statistikada cinayət azalır? Yox! Cəmiyyətdə insan tərbiyələnməlidir. Ailə institutumuz çoxdan dağılıb. Dəyərlər silinib. Nə qədər boşanmalar var. Efirlərdə mal-mülk davaları. Hansı ailə dəyərləri qalıb?". \\Axşam.az 

Tarix: 25 iyun 2024
Baxış: 68

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş