Xəbər lenti
Reklam
Bakının iki rayonunda qaz olmayacaq

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Nərimanov rayonunun Ziya Bünyadov küçəsində yeni çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində orta təzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar 21.06.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Gender.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Ə.Rəcəbli küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 21 iyun 2024
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş