Xəbər lenti
Reklam
Falçılığa yeni don geyindirənlər: Dırnaqarası psixoloqları necə tanıyaq?

"Bizdə hər şeyin yolun tapa bilmək istedadı var. Falçıları məsuliyyətə cəlb edirdilər. Hamısı VÖEN açdıraraq  psixoloq olub".
Bu sözləri Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov öz feysbuk hesabında paylaşıb.                                            
Maraqlıdır, falçıların VÖEN açdıraraq rahatlıqla psixoloq adı ilə fəaliyyətdə olmaları nə dərəcədə doğrudur? Təəssüf ki, vətəndaşlarda psixoloqlara qarşı inamsızlıq var. Çünki bəziləri 6 aylıq kurs keçərək özlərini psixoloq adlandırırlar. Bəs bu fəaliyyət növündə sistem doğru olaraq necə qurulmalıdır?
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı "Sherg.az"a çıqlamasında deyib ki, bu cür anlaşılmazlıqlara son qoymaq üçün psixoloqların lisenziya alması daha məqsədəuyğundur:


"Təbii ki, hər özünə güvənən, təhsili olan psixoloq başqalarının onun peşəsinə ciddi yanaşmasını istəyər. İndiki vaxtda insanları aldatmaq o qədər də asan deyil. Daima falçıya getməyin günah və cəhalət olduğunu deyirlər. Buna baxmayaraq, falçıya inananların sayı da kifayət qədərdir. Ona görə də bütün vətəndaşlar psixoloq seçimi edərkən araşdırma etsinlər. Hər özünə psixoloq deyən şəxsin yanına getmək doğru deyil. Psixoloqun təhsilinə diqqət edilməlidir. Təəssüf ki, hər universitet bitirən də savadlı və peşəkar mütəxəsis olmur. Bəziləri xaricdə təhsil alaraq diplomunu tanıdır. Hər yerindən duran psixoloq fəaliyyətinə başlamaması üçün dövlət səviyyəsində psixoloqlara lisenziyalar verilməlidir. İndiki halada isə bütün şəxslər yaradılan sürətli informasiya mübadiləsindən istifadə edərək müraciət etdikləri həkimləri, psixoloqları araşdıra bilərlər".

Tarix: 10 iyun 2024
Baxış: 108

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş