Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Azərbaycanda elektromobillər istehsal ediləcək

Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir.
Gender.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.
O bildirib ki, ümumilikdə 2024-cü ildə Azərbaycanda 8 000 avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 000-i minik avtomobilləri, 2 000-i isə yük avtomobilləri və avtobuslardır.
İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.

Tarix: 23 may 2024
Baxış: 51

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş