Xəbər lenti
Reklam
Sabah bu rayonda qaz olmayacaq

Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Gender.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 28 mart 2024
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş