Xəbər lenti
Reklam
Bakı və İrəvan mübahisəli əraziləri necə razılaşdıracaq? - Açıqlama

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində əsas mübahisəli məsələlərdən biri ərazinin bu və ya digər hissəsinin kimə məxsus olduğunun hansı xəritələr əsasında müəyyən edilməsi idi. Nəhayət, məsələnin həlli barədə Almatıda imzalanmış 1991-ci il bəyannaməsinə uyğun olaraq qərar qəbul edildi. Bu bəyannamə postsovet məkanı dövlətləri üçün əsasdır. Ölkələr bunu başlanğıc nöqtəsi kimi seçdilər. Lakin bu o demək deyil ki, delimitasiya prosesində başqa yanaşmalardan istifadə edilməyəcək”.


Bunu Bakupost.Az-a politoloq İlqar Vəlizadə bildirib.
O əmindir ki, mübahisəli ərazilərin razılaşdırılması prosesində münaqişəli vəziyyətlər yaranacaq, lakin onlar sülh yolu ilə həll olunacaq:
“Məsələn, Azərbaycan-Gürcüstan sərhədinin 30 faizi mübahisəli olaraq qalır. Çünki bu və ya digər sənədlərin şərhində müəyyən fərqlər var. Baxmayaraq ki, Bakı ilə Tbilisi arasında dostluq münasibətləri mövcuddur. Ona görə də bu cür məsələlərdə mübahisələr adi təcrübədir”.
Ekspert tərəflərin vasitəçilərin iştirakı olmadan razılığa gəlməsinin vacibliyini vurğulayıb:
“Əgər biz sülh quruculuğundan danışırıqsa, onda üçüncü tərəflərin iştirakı olmadan ünsiyyət qurmağı və danışıqlar aparmağı öyrənməliyik".


Sevinc

Tarix: 24 aprel 2024
Baxış: 61

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş