Xəbər lenti
Reklam
"Bu tip imtahanlar tələbələr üçün əlavə yükdür" - Ekspert

Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq. Hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır.
Bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. 
Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirir ki, bu tip imtahanlar tələbələr üçün əlavə yükdür və bununla yalnız pulu olan şəxslərin təhsilin növbəti pillələrində təhsil almalarına imkan veririk:
"Son illər magistraturaya qəbul imtahanlarında ciddi dəyişikliklər baş verib. Xüsusən ixtisas fənnindən imtahan suallarının ləğvi bu istiqamətdə ciddi problemdir. Müasir dövrün elmi tədqiqatçılığında bir sıra bacarıqlar olmalıdır. Bunlardan da biri xarici dil bacarığıdır. Çünki tədqiqat işlərində xarici dil bilməsi mütləqdir. Hazırda magistratura imtahanı verən bakalavrlar ingilis dilini yüksək səviyyədə öyrənmir. Bakalavr pilləsində xarici dil gənclərə o səviyyədə tədris olunmur ki, onlar bir sıra proqramlardan imtihan verə bilsin. Burada çətinliklər tətbiq etməklə pulu olan şəxslərin təhsilin növbəti pillələrində təhsil almalarına imkan veririk. Magistraturada xarici dilin tətbiqi ali mıktəblərin proqramına uyğun olmalıdır”. 
Ekspert bu sayaq dəyişikliklərə ehtiyac görmür: 
“Bu tip imtahanlar tələbələrə əlavə yükdür. Belə çətinliklərə ehtiyac yoxdur. Çətinliklər keçid ballarının aşağı düşməsilə nəticələnəcək. Belədə magistr pilləsinə balı az olanları qəbul etməli olacağıq. Bu addım gənclərin elmə gəlişini də çətinləşdirəcək. Düzdür, bu kimi bacarıqlar da lazımdır. Amma ölkəmizdə şəxsin ixtisas biliyi daha çox vacibdir”.
 
Ramiz

Tarix: 05 mart 2024
Baxış: 464

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş