Xəbər lenti
Reklam
İnfarkt riskinizi ölçün! - 1,5 dəqiqədən çox çəkirsə...

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir.
Gender.Az xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə infarkt riski xeyli yüksəlib.
Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələri göstərir ki, "pilləkən testi" ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur.
Belə ki, əgər sizə 4 qat pilləkən qalxmaq üçün 1,5 dəqiqədən çox vaxt lazım gəlirsə, deməli həkimə müraciət edib müayinədən keçməlisiniz.
Ekspertlər bir daha xatırladıblar ki, gündəlik həyatda sadə dəyişikliklər ürək sağlamlığını yaxşılaşdıra bilər. Buna lift əvəzinə pilləkənlərdən istifadə etmək də daxildir. \\Medicina.Az

Tarix: 01 may 2024
Baxış: 119

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş