Xəbər lenti
Reklam
Erməni nazir: “Heç kim torpaq vermir, biz sərhədi çəkirik”

“Delimitasiya prosesi nəticəsində Azərbaycan və Ermənistan öz qanuni sərhədlərini alacaqlar”
Gender.Az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Biz bir sütun qoyuruq ki, heç bir tərəfin bir-birinə hücum etmək üçün səbəbi olmasın”, – deyə Sanosyan erməni jurnalistlərə bildirib.
O, qeyd edib ki, indi aydın sərhəd xətti var və bu, mübahisəli hadisələrin qarşısını ala bilər.
“Heç kim torpaq vermir, biz sərhədi çəkirik. Siz sülh şəraitində yaşamaqdansa müharibəni seçməyi təklif edirsiniz? Heç kim Ermənistanın ərazisini dəyişdirmir”, – nazir bildirib. \\KONKRET.az

Tarix: 02 may 2024
Baxış: 62

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş