Xəbər lenti
Reklam
Rusiya alman zabitlərinin SƏS YAZISInı yaydı - ŞOK TƏFƏRRÜAT

Rusiya Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərinin keçirdiyi toplantıdan səs yazılarını yayıb.
Ukraynaya dəstək barədə söhbətlərin yer aldığı səs yazılarında zabitlər “Taurus” raketlərindən danışıb.
Həmin səs yazısında bu raketlərin Rusiyanın işğal etdiyi Krım yarımadasında inşa etdiyi körpünü texniki cəhətdən məhv edə biləcəyi müzakirə edilib. Almaniya kansleri Olaf Şolz səs yazılarının yayımlanmasını çox ciddi məsələ kimi qiymətləndirib və hadisəyə tez bir zamanda aydınlıq gətiriləcəyini açıqlayıb.
Səs yazısının qeydə alındığı iclasda Almaniya Hərbi Hava Qüvvələri komandanı general-leytenant İnqo Gerhartzın da iştirak etdiyi və görüşün Almaniyanın müdafiə naziri Boris Pistoriusu məlumatlandırmaq məqsədi ilə keçirildiyi bildirilir.
Almaniya Müdafiə Nazirliyi sözügedən səs yazısının necə əldə edildiyini araşdırır. Eyni zamanda Almaniya Hərbi Kəşfiyyat İdarəsinin bu istiqamətdə bütün lazımi tədbirlər gördüyü bildirilib. \\Referans.az 

Tarix: 03 mart 2024
Baxış: 65

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş