Xəzər dənizi üzərindən körpü tikilir?
“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün tikintisi ilə bağlı məsələ gündəmdə deyil”.
Gender.az bildirir ki, bu barədə “Report”a “
Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir.
Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin planlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Bu cür körpünün tikilməsi ilə bağlı məsələ
10 il bundan əvvəl müzakirə edilirdi. Sözügedən layihədə Cənubi Koreyanın da iştirakı gözlənilirdi.
Tarix: 20 iyul 2020
Baxış: 362
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş