Xəbər lenti
Reklam
“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Gender.Az 
xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən, müsabiqənin 2022-2023-cü tədris ilinin nəticələrinə görə, Xətai rayonu üzrə 86 nömrəli tam orta məktəb qalib seçilib.
Bu münasibətlə məktəb rəhbərliyini, məktəbin müəllim və şagird kollektivini təbrik edir və işlərində yeni-yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılmış, müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.
Mövzuya dair fotomateriallar:

Tarix: 21 dekabr 2023
Baxış: 121

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş