Xəbər lenti
Reklam
Şamaxıda qətl- RƏSMİ

Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələnib.
Bu barədə Gender.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. 
S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, polis əməkdaşıdır.

Tarix: 21 dekabr 2023
Baxış: 95

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş