Xəbər lenti
Reklam
"Bakcell" dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

Ölkənin ən sürətlisi Bakcell Bakının ilk dəfə ev sahibliyi etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) Prize-Giving ceremony - Mükafatlandırma mərasiminin sürət tərəfdaşı oldu.
FIA Mükafatlandırma mərasimi bir çox sürət yarışlarında qalib olan pilotların, avtomobil idmanı cəmiyyəti və azarkeşlərinin ən çox gözlədiyi tədbirlərdən biridir.
Hər il fərqli ölkələrdə keçirilən tədbir bu il 5-8 dekabr tarixlərində paytaxt Bakıda baş tutur. Ənənəvi mərasimdə FIA çempionları ilə yanaşı, həmçinin karyeralarının başlanğıcında olan bacarıqlı yeni nəsil idmançılar və avtomobil idmanında misilsiz rolları olan şəxslər də yad edilir.
Xatırladaq ki, sürət yarışlarına böyük maraq göstərən Bakcell 2019-cu ildən etibarən “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir.
Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Tarix: 08 dekabr 2023
Baxış: 946

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş