Xəbər lenti
Reklam
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Almaniyanın Köln şəhərində keçirilən “PMRExpo” ən miqyaslı beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər.
Gender.Az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin xəbərinə görə, nümayəndə heyəti metropoliten idarəetməsində rabitə texnologiyalarının xüsusi sürətlə tətbiq edildiyi dövrdə təhlükəsiz və peşəkər radio-rabitə kontekstində müasir sistemlərin, telekommunikasiya sahəsində yeni tendensiyaların tətbiqinə xüsusi diqqət ayırıblar.
Bakı metropoliteninin xüsusiyyətləri və mövcud texnoloji bazası əsasında yeni sistem və qurğuların tətbiqi ilə bağlı aparıcı şirkətlərin mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb.
Elçin Məmmədov sərgidə radio-rabitə, radiosiqnal kabeli, səsyazma sistemi, şəbəkə texnologiyası, antena qurğuları və s. texnoloji yeniliklər barədə müfəssəl praktiki informasiyaların nümayiş etdirildiyini və bunun Bakı metropoliteninin perspektiv planları baxımından çox faydalı olduğunu bildirib.
Elçin Məmmədov bu texnologiyaların Bakı metropolitenində tətbiqinin real olduğu və mərhələli keçid imkanlarının mövcud texnoloji inkişaf sayəsində genişləndirilməsinin mümkünlüyü qənaətindədir.
Qeyd edək ki, son illərdə Bakı metropolitenində, xüsusən Bənövşəyi xətdə həyata keçirilən layihələrdə məhz bu texnolji innovasiyalar xüsusi yer alır. SCADA idarəetməsi, Tetra radiorabitəsi, işarəvermə qurğularında informasiya-kommunikasiya sistemlərindən istifadə olunması, gələcəkdə qatarların hərəkətinin radiodalğalarla idarə edilməsi nəzərdə tutulduğundan dünya radiorabitə və telekommunikasiya sahəsində sürətlə inkişaf edən yeniliklərin təqib edilməsi dövrün xüsusi tələbidir.
Sərgidə toplanılmış məlumatların metropoliten rəhbərliyi və mütəxəssis heyəti ilə birgə öyrənilməsinə və texniki təhlillərinə başlanılıb.

Tarix: 08 dekabr 2023
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş